ABŞ-ın 10 ştatında koronavirusun "Omikron" ştamı aşkarlanıb

ABŞ-ın 10 ştatında koronavirusun "Omikron" ştamı aşkarlanıb ABŞ-ın azı 10 ştatında koronavirusun "Omikron" ştamına yoluxma faktı qeydə alınıb
Digər ölkələr
4 Dekabr , 2021 10:32
ABŞ-ın 10 ştatında koronavirusun Omikron ştamı aşkarlanıb

ABŞ-ın azı 10 ştatında koronavirusun "Omikron" ştamına yoluxma faktı qeydə alınıb.

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətin hesablamalarından məlum olub. 

Nəşr bildirib ki, virusun yeni ştamına yoluxma hallarının əksəriyyəti Afrikanın cənubuna səfər etmişlərdə qeydə alınıb. Lakin azı Havay və Minnesota ştatlarında "Omikron" ABŞ-ı tərk etməmiş pasiyentlərdə aşkarlanıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin statistik məlumatına əsasən, son günlərdə ölkədə yoluxma halları artır. Dekabrın 2-də ABŞ-da 138,4 min yeni yoluxma faktı qeydə alınıb, halbuki bazar ertəsi bu göstərici 102 minə bərabər idi.

Son xəbərlər

Orphus sistemi