Yuxarı

ABŞ ilk dəfə Türkiyə ərazisindən Suriyanı bombalayıb

ABŞ-a məxsus hərbi təyyarələr İncirlik hərbi bazasından istifadə edərək İŞİD-in Suriyadaki mövqelərini vurdu

Bakı. 5 avqust. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr Türkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazasından istifadə edərək İŞİD təşkilatının Suriyadaki mövqelərini vurdu.

"Report"un NTV telekanalına istinadən verdiyi məlumata görə, Suriyanın şimalında terrorçular tərəfindən nəzarət edilən ərazilərdə bir sıra hədəflər bombalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi