​ABŞ İŞİD-ə qarşı ən böyük əməliyyatını keçirəcək

​ABŞ İŞİD-ə qarşı ən böyük əməliyyatını keçirəcək Əməliyyat Ənbar əyalətinin Hit yaşayış məntəqəsi ərazisində aparılacaq
Digər ölkələr
16 Mart , 2016 03:14
​ABŞ İŞİD-ə qarşı ən böyük əməliyyatını keçirəcək

Bakı. 16 mart. REPORT.AZ/ Fərat çayı ərazisində İŞİD terror təşkilatına qarşı ən böyük əməliyyat həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin mətbuat katibi Stiv Uorren Bağdadda keçirilən mətbuat konfransında bildirib.

Əməliyyat Ənbar əyalətinin Hit yaşayış məntəqəsi ərazisində aparılacaq. Uorrenin sözlərinə görə, artıq İŞİD yaraqlılarından 24 min kvadrat metr ərazini geri almaq mümkün olub.

"İraq və Suriyada aparılan hərbi kampaniya ərzində 10 mindən çox İŞİD terrorçusu məhv edilib", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi