ABŞ "Huawei"yə qarşı rəsmi ittiham irəli sürüb

ABŞ "Huawei"yə qarşı rəsmi ittiham irəli sürüb Bakı. 29 yanvar. REPORT.AZ/ Amerika tərəfi Huawei şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.
Digər ölkələr
29 Yanvar , 2019 02:53
ABŞ Huaweiyə qarşı rəsmi ittiham irəli sürüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Amerika tərəfi "Huawei" şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru vəzifələrini icra edən Metyu Uitakerə istinadən CNN telekanalı məlumat yayıb.

"Bu gün biz telekommunikasiya nəhəngi olan "Huawei" və onun tərəfdaşlarına qarşı təqribən iyirmi ehtimal olunan cinayət üzrə ittiham irəli sürdüyümüzü elan edirik", - deyə məlumatda bildirilir.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, "Huawei" "T-Mobile" şirkətinin kommersiya sirlərini oğurlamağa cəhddə və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sankisyaları pozmaqda ittiham olunur.

Bundan əlavə, Maliyyə Nazirliyi "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjouya qarşı da rəsmi ittiham irəli sürüldüyünü elan edib.

Son xəbərlər

Orphus sistemi