"Huawei" kommersiya sirlərini oğurlamaqda şübhəli bilinir

"Huawei" kommersiya sirlərini oğurlamaqda şübhəli bilinir Bakı. 17 yanvar. REPORT.AZ/ ABŞ-ın federal orqanları Çinin Huawei şirkətinə qarşı araşdırma aparır, onu amerikalı tərəfdaşlarından kommersiya məlumatları oğurlamaqda şübhəli bilirlər.
İKT
17 Yanvar , 2019 05:48
Huawei kommersiya sirlərini oğurlamaqda şübhəli bilinir

Bakı. 17 yanvar. REPORT.AZ/ ABŞ-ın federal orqanları Çinin "Huawei" şirkətinə qarşı araşdırma aparır, onu amerikalı tərəfdaşlarından kommersiya məlumatları oğurlamaqda şübhəli bilirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "The Wall Street Journal" qəzeti yazıb.

Mənbələrin məlumatına görə, şirkətə qarşı cinayət törətmək ittihamı irəli sürülə bilər.

ABŞ hökuməti güman edir ki, "Huawei"in kommersiya xarakterli məlumatların oğurlanmasında əli ola bilər. Məlumatlar guya Amerikanın "T-Mobile" şirkətinin smartfonların yoxlanılması üçün istifadə etdiyi avadanlıqlarla bağlıdır/

Daha əvvəl Çin Kanadadan "Huawei"in maliyyə direktorunu dərhal buraxmağı tələb edib.

Son xəbərlər

Orphus sistemi