ABŞ hökuməti Almaniyadan hərbi qüvvələrini geri çəkmək barədə prezident Donald Trampın tələbinə uyğun olaraq, bu ölkədəki 6 400-dək hərbçisini geri qayıtmağı, 5 400 nəfərə yaxın hərbçisini isə Avropanın başqa ölkələrinə köçürməyi nəzərdə tutur.
“Report” AP-yə istinadən xəbər verir ki, bu barədə Pentaqondan bildiriblər.
Sözügedən addımın xeyli dərəcədə müdafiə məqsədlərinə məqbul vəsaitləri yönəltməkdə prezident D.Trampın düçar olduğu uğursuzluqla bağlı olduğu bildirilir.
Bütövlükdə Almaniyada 25 minədək ABŞ hərbçisinin qalmasını nəzərdə tutan plana görə, qalanları hazırda amerikalı hərbi qüvvələrinin mövcud olduğu ölkələrə, o cümlədən Polşaya yerləşdirilməlidir. Belə ki, həmin ölkənin prezidenti Andjey Duda tərəfindən belə bir istək xeyli vaxtdır dilə gətirilir.
Bununla belə D.Trampın rəhbəri olduğu Respublikaçılar Partiyasında bir çoxları Almaniyadan qoşunların çıxarılmasını Rusiyaya hədiyyə və milli mənafeyə təhlükə olaraq görürlər. Nümayəndələr Palatası Hərbi xidmətlər komitəsinin 22 respublikaçı üzvü prezident D.Trampa məktub göndərərək Avropadakı hərbi qüvvələrinin azaldılması nəticəsində Rusiyanın təcavüzkarlığını təşviq edəcəyini vurğulayıblar.
Hazırda ABŞ-ın Almaniyada 47 minədək hərbçisi və hərbi hissələrdə mülki işçisi var.