ABŞ hərbçiləri Suriyada İŞİD liderlərindən birinin saxlanıldığını açıqlayıblar
ABŞ hərbçiləri Suriyada İŞİD liderlərindən birinin saxlanıldığını açıqlayıblarABŞ hərbçiləri “Suriya Demokratik Qüvvələri” alyansı ilə birlikdə İŞİD terror qruplaşmasının liderlərindən birini saxlayıb.
ABŞ hərbçiləri “Suriya Demokratik Qüvvələri” alyansı ilə birlikdə İŞİD terror qruplaşmasının liderlərindən birini saxlayıb.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
“ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri Suriya Demokratik Qüvvələri ilə birlikdə sentyabrın 1-də səhər tezdən Rakkadakı həbsxanadan qaçaraq yaraqlılara kömək edən İŞİD lideri Xalid Əhməd əl-Dəndəlini yaxalayıb”, - paylaşımda qeyd edilir.
ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı İŞİD-in məhv edilməsini təmin etmək üçün “gələcək qaçış təhlükəsi” ilə mübarizəni davam etdirəcəyini bildirib.
CENTCOM Forces Partner with Syrian Democratic Forces to Capture ISIS Leader and Assist in Operation to Recapture Escaped ISIS Fighters
U.S. Central Command (CENTCOM) forces, partnered with Syrian Democratic Forces (SDF), captured an ISIS leader, who was assessed as helping ISIS… pic.twitter.com/Pdd2MzXI9Q