ABŞ hərbi aviasiyası "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən birini məhv edib

ABŞ hərbi aviasiyası "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən birini məhv edib Əbu əl-Fərəc əl Məsri HHQ-nin zərbələri zamanı zərərsizləşdirilib
Digər ölkələr
7 Oktyabr , 2016 04:40
ABŞ hərbi aviasiyası Cəbhət Fəth əş-Şamın rəhbərlərindən birini məhv edib

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələri və beynəlxalq antiterror koalisiyasının üzvləri "Cəbhət Fəth əş-Şam" (keçmiş Cəbhət ən-Nüsrə) terror qruplaşmasının rəhbərlərindən birini məhv edib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

"Biz Misir vətəndaşı, "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən biri Əbu əl-Fərəc əl Məsrinin ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbələri nəticəsində zərərsizləşdirildiyini təsdiqləyə bilərik" – deyə o bildirib.

Kukun sözlərinə görə, terror qruplaşmasının rəhbərlərindən birinin məhvi "Cəbhət Fəth əş-Şam"a növbəti zərbələrdəndir.

Əl-Məsri "Əl Qaidə" terror təşkilatının Misirdəki rəhbərlərindən idi. O, daha sonralar Suriyaya gedərək, "Cəbhət Fəth əş-Şam"a dəstək vermək məqsədilə hərbi əməliyyatlara iştirak edib.

Terrorçu bundan sonra isə Əfqanıstanda döyüşüb.

Son xəbərlər

Orphus sistemi