Yuxarı

ABŞ gecə klubunda baş verən atışma nəticəsində iki nəfər ölüb - YENİLƏNİB

Şahidlər təxminən 30 atəş səsi eşitdiklərini bildirir

Bakı. 25 iyul. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Fort Mayers şəhərindəki "ClubBlu" gecə klubunda baş vermiş atışma ilə əlaqədar bir nəfə saxlanılıb.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, polis daha bir nəfərin bu işlə bağlı olduğunu və hazırda gizləndiyini ehtimal edir.

***12:54

ABŞ-ın Florida ştatında gecə klubunda atışma baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, hadisə nəticəsdində iki nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Şahidlər təxminən 30 atəş səsi eşitdiklərini bildirir. İlkin məlumatlara görə, hücumu bir nəfər həyata keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi