ABŞ Prezidenti Co Baydenin administrasiyası Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinin araşdırılmasına kömək etmək üçün Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşlarını adıçəkilən Cənubi Amerika ölkəsinə göndərmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqton çərşənbə günü bu işə FTB işçilərini cəlb etməyi təklif edib: “FTB-nin ABŞ-ın müttəfiqi olan ölkələrə bu cür yardım göstərməsi olduqca adi haldır”.
ABŞ dövlət katibinin köməkçisi Brayan Nikols Vilyavisensioya hücumu demokratiyaya qarşı həyasız hücum adlandırıb: “Biz işin tez və hərtərəfli araşdırılmasına çağırırıq və yardımımızı təklif edirik”.