Bakı. 2 May. REPORT.AZ/ABŞ dövlət katibi Con Kerri Cenevrəyə gəlib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşəcək.
Görüşdə Suriyadakı son durum, ölkənin bütün ərazisində hərbi əməliyyatların dayandırılması, humanitar yardımların çatdırılması məsələləri müzakirə ediləcək.
Con Kerri bununla yanaşı İordaniyanın xarici işlər naziri Nəsir Cudey və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyrlə də görüşəcək.
Bütün danışıqların qapalı olacağı, mətbuata heç bir açıqlama verilməyəcəyi bildirilir.