Yuxarı

ABŞ dövlət katibi Bəşşar Əsədə xəbərdarlıq edib

Kerri: Atəşkəs planının uğursuzluğu təqdirində Suriyaya əlavə quru qoşunların göndərilməsi mümkündür

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Suriya prezidenti Bəşşar Əsədə xəbərdarlıq edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ABŞ rəsmisi "Orient TV" telekanalına müsahibəsində qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyi halda ölkəyə əlavə quru qoşunları yeridilməsinin ehtimalından danışıb.

"Əsəd üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, iranlılar və ruslar isə vəd etdiklərini həyata keçirə bilməsə, dünya ictimaiyyətinin üzvləri, əlbəttə ki, axmaq kimi oturub baş verənləri izləməyəcək", - deyə amerikalı diplomat bildirib.

C.Kerri qeyd edib ki, atəşkəs planının uğursuzluğu təqdirində Suriyaya əlavə quru qoşunların göndərilməsi mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi