ABŞ Dövlət Departamentinə əcnəbilər üçün təkrar viza verilməsi prosedurunun sərtləşdirilməsi tapşırılıb

ABŞ Dövlət Departamentinə əcnəbilər üçün təkrar viza verilməsi prosedurunun sərtləşdirilməsi tapşırılıb Reks Tillerson ABŞ-ın səfirlik və konsulluqlarına müvafiq teleqramlar göndərıb
Digər ölkələr
20 Sentyabr , 2017 12:06
ABŞ Dövlət Departamentinə əcnəbilər üçün təkrar viza verilməsi prosedurunun sərtləşdirilməsi tapşırılıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson ABŞ-a təkrar gəlmək istəyənlər üçün viza verilməsi prosedurunun sərtləşdirilməsi, imtina və ya deportasiya üçün yeni əsasların işlənib hazırlanmasını tapşırıb.

"Report" "The New York Times"a istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın səfirlik və konsulluqlarına dövlət katibi tərəfindən teleqram göndərilib.

Teleqramda deyilir ki, təkrar viza almaq istəyən digər ölkələrin vətəndaşları ABŞ ərazisində üç ay ərzində qaldığı müddətdə səyahət üçün icazə alarkən göstərilən şərtlərə riayət etməlidirlər. Əgər onlar bu müddət ərzində ərizədə göstərilməyən hərəkətlərə yol verərlərsə (məsələn, ABŞ vətəndaşı ilə evləndikdə, təhsil aldıqda və ya iş tapdıqda), bu, ölkə qanunvericiliyinin pozulması kimi qiymətləndiriləcək.

Mövcud qanunvericiliyə əsasən, planlarda dəyişiklik yalnız ABŞ-da qaldığı ilk ay müddətində baş verərsə, bu pozulma hesab olunur.

"Kimsə ABŞ-a turist kimi gəlirsə, 90 gün ərzində evlənir və sonra "Green Card" üçün müraciət edirsə, onun ərizəsi rədd olunacaq. Bu, siyasətin əhəmiyyətli dəyişikliyidir", - Amerika İmmiqrasiya Hüquqşünaslar Assosiasiyasının nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi