ABŞ-də konsertdə atışma olub, ölən və yaralananlar var

Digər ölkələr
  • 05 fevral, 2023
  • 23:36
ABŞ-də konsertdə atışma olub, ölən və yaralananlar var

ABŞ-nin Arkanzas ştatının Nyu-Port şəhərində rep-konsertdə atışma olub.

“Report”ABC” telekanalına istinadən xəbər verir ki, hadisədə 19 yaşlı qız həlak olub, 4 nəfər isə yaralanıb.

Bildirilib ki, yerli polis saxlanılanlar barədə məlumat verməyib.

Faktla bağlı araşdırma aparılır.