ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, ölənlər var ABŞ Milli Qvardiyasına məxsus AH-64 Apache helikopteri Missisipi ştatında qəzaya uğrayıb, iki ekipaj üzvü həlak olub.
Digər ölkələr
24 Fevral , 2024 04:15
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ Milli Qvardiyasına məxsus AH-64 Apache helikopteri Missisipi ştatında qəzaya uğrayıb, iki ekipaj üzvü həlak olub.

"Report"un məlumatına görə, bu barədə ştatın qubernatoru Teyt Rivz xəbər verib.

"Missisipi Milli Qvardiyasının AH-64 helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu sağ qalmayıb", - Rivz “X”də yazıb.

Eyni zamanda, Missisipi Milli Qvardiyası özünün feysbuk səhifəsində “həlak olanlar haqqında məlumatların hələ təsdiqlənmədiyini” bildirib.

Hadisə yerində mütəxəssislər işləyir.

Son xəbərlər

Orphus sistemi