Baltimorda körpünün uçmasından sonra 2 nəfər sudan çıxarıb

Baltimorda körpünün uçmasından sonra 2 nəfər sudan çıxarıb ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yük gəmisinin çırpılması nəticəsində 2,57 km uzunluğunda olan avtomobil körpüsü uçaraq suya düşüb.
Digər ölkələr
26 Mart , 2024 17:50
Baltimorda körpünün uçmasından sonra 2 nəfər sudan çıxarıb

ABŞ-ın Baltimor şəhərində gəminin çırpılması nəticəsində körpünün uçmasından sonra çaya düşənlərin axtarışı davam etdirilir.

“Report” CNN-ə istinadən xəbər verir ki, artıq iki nəfər Patapsko çayından çıxarılıb.

Onlardan biri yüngül xəsarət alıb, ikincinin vəziyyəti ağırdır və o, xəstəxanaya yerləşdirilib.

Yerli yanğınsöndürmə xidmətinin rəisi Ceyms Uollesin telekanala bildirdiyinə görə, azı daha 7 nəfərin axtarışları davam etdirilir, lakin suya düşənlərin dəqiq sayı məlum deyil.

11:57

ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yük gəmisinin çırpılması nəticəsində 2,57 km uzunluğunda olan avtomobil körpüsü uçaraq suya düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Wtop News” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, yük gəmisi körpünün dayağına çırpılıb, alışıb və batıb.

Körpünün uçması nəticəsində bir neçə avtomobil çaya düşüb, onların sayı dəqiqləşdirilmir.

Son xəbərlər

Orphus sistemi