ABŞ-dakı həmyerlimiz 3D maskaları hazırlayıb xəstəxanalara bağışladı - FOTO

ABŞ-dakı həmyerlimiz 3D maskaları hazırlayıb xəstəxanalara bağışladı - FOTO ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan həmyerlimiz Babək Hüseynli 3D formatlı tibbi maskalar hazırlayaraq, yerli xəstəxanalara və təcili yardım mərkəzlərinə bağışlayıb.
Digər ölkələr
21 Aprel , 2020 08:31
ABŞ-dakı həmyerlimiz 3D maskaları hazırlayıb xəstəxanalara bağışladı - FOTO
Babək Hüseynli / Report
0 : 00
0 : 00

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan həmyerlimiz Babək Hüseynli 3D formatlı tibbi maskalar hazırlayaraq, yerli xəstəxanalara və təcili yardım mərkəzlərinə bağışlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, layihənin ilk mərhələsində 40 ədəd üz qoruyucusu və ağız üçün plastik maskalar hazırlayan həmyerlimiz bunun üçün 3D printerindən istifadə edib.

Babək Hüseynli / Report
Babək Hüseynli / Report

Pandemiyanın geniş yayıldığı ABŞ-da bu avadanlıqların xüsusilə çatışmazlığını görən B.Hüseynli xəstəxanalarla əlaqə yaradaraq lahiyənin icrasına başlayıb. O, internet vasitəsilə 3D printeri olan könüllülərlə əlaqə yaratdığını, layihəni uğurla davam etdirdiyini və bir ay ərzində ümumilikdə 150 tibbi maskanın hazırlanacağını deyib. 

B.Hüseynli könüllü olaraq hazırladığı maskaların xəstəxanalarda işləyən tibb işçiləri tərəfindən bəyənildiyini qeyd edib.

Qeyd edək ki, B.Hüseynli hazırda Texasda “Hess Corporation” beynəlxalq neft şirkətində maliyyə meneceri işləyir.

Müəllif: Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi