ABŞ-dakı diaspor fəalı: “Əhməd Obalı izlənilib və ona qarşı sui-qəsd planı hazırlanıb”

ABŞ-dakı diaspor fəalı: “Əhməd Obalı izlənilib və ona qarşı sui-qəsd planı hazırlanıb” "Əhməd Obalıya qarşı törədilən terror aktı öncədən planlaşdırılıb".
Digər ölkələr
22 May , 2023 01:01
ABŞ-dakı diaspor fəalı: “Əhməd Obalı izlənilib və ona qarşı sui-qəsd planı hazırlanıb”

"Əhməd Obalıya qarşı törədilən terror aktı öncədən planlaşdırılıb".

Bunu "Report"un ABŞ bürosu açıqlamasında ABŞ-da yaşayan diaspor fəalı Zaur Bayramlı deyib.

Z.Bayramlının sözlərinə güneyli milli fəal hələlik kimlikləri müəyyən olunmayan şəxslər tərəfindən izlənilib və sui-qəsd planı öncədən hazırlanıb: "Əhməd bəy oğlu ilə bərabər Kaliforniya ştatına getmişdi. Oğlu orada magistr təhsili alır. Mən uzun illərdir, Əhməd bəylə dostluq edirəm. Onun heç kimlə şəxsi ədavəti yoxdur”.

“Əhməd bəy ömrünü Güney Azərbaycanın boğulmuş səsini dünyaya çatdırmağa həsr edib. İzlənilib və ona qarşı öncədən sui-qəsd planı hazırlanıb. Hesab edirəm ki, bu, İrandakı molla rejiminin növbəti oyunudur", - Zaur Bayramlı qeyd edib.

O, deyib ki, Ə.Obalının vəziyyəti qənaətbəxşdir: "Əhməd Obalının yaxınları ilə mütəmadi əlaqədəyəm. Tezliklə yanına gedəcəm. Ağır xəsarətlərlə xəstəxanada müalicəsi davam edir, vəziyyətinin qənaətbəxş olduğunu dedilər".

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı ABŞ vaxtı ilə səhər saatlarında vəhşicəsinə döyülüb.

Son xəbərlər

Orphus sistemi