Yuxarı

​ABŞ-da "Zodiac Aerospace" şirkətinin zavodunda partlayış baş verib

Həkimlərin verdiyi məlumata görə, ən azı dörd nəfər yaralanıb

Bakı. 15 iyul. REPORT.AZ/ ABŞ-ın Nyuport şəhərində Fransanın "Zodiac Aerospace" şirkətinə məxsus zavodda partlayış baş verib. Bu barədə "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Həkimlərin verdiyi məlumata görə,ən azı dörd nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerində xilasetmə xidmətinin briqadaları fəaliyyət göstərir. Partlayışın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, "Zodiac Aerospace" şirkəti aerokosmik avadanlıqlarının yaradılması və istehsalı üzrə ixtisaslaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi