ABŞ-da "Zika" virusuna üç yeni yoluxma halı qeydə alınıb

Digər ölkələr
  • 25 fevral, 2016
  • 00:49
ABŞ-da Zika virusuna üç yeni yoluxma halı qeydə alınıb

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzi Birləşmiş Ştatlarda "Zika" virusuna 3 yeni yoluxma halı ilə bağlı təhqiqat aparıldığını bildirib. 

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə əsasən, qərargahı Atlantada yerləşən Mərkəzin yayımladığı bəyanatda "Zika" virusuna yoluxma hallarının hansı şəhərlərdə qeydə alındığı açıqlanmır. Bununla belə, bildirilir ki, virusa yoluxmuş qadınların hamilə olduğu deyilir.

Qrup "Zika" virusunun anadan olan uşaqlarda anormallıqlara səbəb olub olmadığını araşdırır.

44 filmi