ABŞ-da zəlzələ olub

ABŞ-da zəlzələ olub Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənub sahilləri yaxınlığında 5,3 bal gücündə zəlzələ olub.
Digər ölkələr
6 Aprel , 2018 09:20
ABŞ-da zəlzələ olub

Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənub sahilləri yaxınlığında 5,3 bal gücündə zəlzələ olub.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanların mərkəzi Channel adaları sahilindən 57 km. cənub-qərbdə olub.

Zəlzələnin ocağı 16,8 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində ölən və xəsarət alanların olması barədə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi