Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ-da Kentukki ştatının Luisvill şəhərində yük maşını insan izdihamının içərisinə sürülüb, nəticədə iki nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə "Report" "ABC News" telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü sərxoş olub. Ekspertiza nəticəsində 37 yaşlı Çad Erdeleyin qanında spirt səviyyəsinin icazə verilən normadan beş dəfə artıq olduğu müəyyənləşib.
Qeyd edilib ki, Ç.Erdley avtomobili "La Movida" və "O'Dolly" gecə klublarının qoşqu-kafedə qəlyanaltı etmək üçün çölə çıxan ziyarətçilərinin üzərinə sürüb.