ABŞ-da təyyarə qəzası qurbanlarının sayı artıb - YENİLƏNİB

ABŞ-da təyyarə qəzası qurbanlarının sayı artıb - YENİLƏNİB Hadisə zamanı ən azı iki nəfər ölüb
Digər ölkələr
5 May , 2021 16:03
ABŞ-da təyyarə qəzası qurbanlarının sayı artıb - YENİLƏNİB

Missisipi ştatının Hattisburq şəhərində ötən gün axşam kiçik təyyarənin qəzaya uğrayaraq yaşayış evinə çırpılması nəticəsində ölənlərin sayı dördə çatıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü Rayan Mur bildirib.

Milli Nəqliyyat Təhlükəsizliyi Təşkilatı (NTSB) və Federal Aviasiya Administrasiyasının (FAA) hadisə yerinə bu gün səhər cəlb olunub. Hadisənin təfərrüatı barədə məlumat verilmir.

11:59

ABŞ-ın Hattisberq şəhərində (Missisipi ştatı) çərşənbə günü gecə saatlarında kiçik təyyarə yaşayış binasının üzərinə düşüb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, ən azı 2 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi