Yuxarı

ABŞ-da yağan güclü qar səbəbiylə ən azı 30 nəfər ölüb

11 ştatda fövqəladə vəziyyət elan edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ-da yağan güclü qar insan itkilərinə səbəb olub. "Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, güclü qar ən azı 30 nəfərin ölməsiylə nəticələnib.

Qeyd edək ki, yanvarın 22-dən başlayan güclü qar səbəbilə 11 ştatda fövqəladə vəziyyət elan edilib. Paytaxt Vaşinqtonda nəqliyyat bağlantısı kəsilib, Nyu-Yorkda isə avtomobillərin yollara çıxması qadağan edilib. Vaşinqton, Nyu-Cersi və Nyu-York administrasiyaları sakinlərini evlərində qalmağa çağırıb.

Yerli KİV-in məlumatına görə, güclü qar yağışından sonra bəzi rayonlarda qarın hündürlüyü 70 sm-ə çatıb, 200 minə yaxın ev isə elektrik enerjisindən məhrum olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi