ABŞ-da veteran hərbçi barda hindistanlıları atəşə tutub

ABŞ-da veteran hərbçi barda hindistanlıları atəşə tutub 51 yaşlı Adam Purinton "Ölkəmdən rədd olun!" deyə qışqıraraq atəş açıb
Digər ölkələr
24 Fevral , 2017 09:31
ABŞ-da veteran hərbçi barda hindistanlıları atəşə tutub

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinin veteran dəniz piyadası hindistanlı şəxslərə atəş açıb.

"Report" "Times of India"ya istinadən xəbər verir ki, hadisə Kanzas ştatındakı Oleyte şəhərində yerləşən barların birində fevralın 23-nə keçən gecə baş verib.

51 yaşlı Adam Purinton "Ölkəmdən rədd olun!" deyə qışqıraraq tapançasını çıxarıb və yaxınlıqda oturan hindistanlılara atəş açıb. Nəticədə Hayderabad şəhərindən olan 32 yaşlı aviamühəndis Şrinivas Kuçibhotla yerindəcə keçinib, onun həmkarları Alok Madasami və İan Qrillot isə güllə yarası alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisədən bir neçə saat sonra şübhəli şəxs həbs olunub. Ona qarşı birinci dərəcəli qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi