ABŞ-da “Uotergeyt” qalmaqalının iştirakçılarından biri vəfat edib

ABŞ-da “Uotergeyt” qalmaqalının iştirakçılarından biri vəfat edib ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) keçmiş əməkdaşı, 1974-cü ildə Birləşmiş Ştatlar prezidenti Riçard Niksonun istefası ilə nəticələnmiş məşhur “Uotergeyt” qalmaqalının mərkəzi fiqurlarından biri Qordon Liddi 90 yaşında dünyasını dəyişib
Digər ölkələr
31 Mart , 2021 07:52
ABŞ-da “Uotergeyt” qalmaqalının iştirakçılarından biri vəfat edib
Qordon Liddi

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) keçmiş əməkdaşı, 1974-cü ildə Birləşmiş Ştatların prezidenti Riçard Niksonun istefası ilə nəticələnmiş məşhur “Uotergeyt” qalmaqalının mərkəzi fiqurlarından biri Qordon Liddi 90 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.

Liddi 1972-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd Corc Makqovernin Vaşinqtondakı “Uotergeyt” otelində yerləşən qərargahına gizli daxil olmaq planın həyata keçirilməsinə kömək edib. Həmin vaxt polis seçkilərə dörd ay qalmış oteldə beş nəfəri yaxalayıb.

Qruplaşma üzvləri otledə dinləmə qurğuları quraşdırıblar və partiya qərargahında sənədlərin fotolarını çəkiblər. Həmin şəxslərdən dördü Kubadan olan miqrantlar idi. Saxlanılanlardan beşincisi Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Ceyms Makkord idi.

Tomas Liddinin sözlərinə görə, onun atası qızının Virciniya ştatındakı evində ölüb. O, hüquqşünas, teleaparıcı, həmçinin aktyor olan Liddinin ölüm səbəbini açıqlamayıb, ancaq vurğulayıb ki, bu, COVID-19-la bağlı deyil.

Liddi “Uotorgeyt” qalmaqalındakı mərkəzi rolu ilə əlaqədar olaraq gizli sövdələşmə, qanunsuz telefon dinləmələrində təqsirləndirilib.

O, 20 il həbs cəzasına məhkum edilib və 40 000 ABŞ dolları cərimə olunub. Buna baxmayaraq, Liddi həbsxanada cəmi 4,5 il qalıb. ABŞ-ın 39-cu Prezidenti Cimmi Karter "ədalət və bərabərlik mənafeyinə" uyğun olaraq onun cəzasını yüngülləşdirib.

Son xəbərlər

Orphus sistemi