Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərindəki universitetdə baş verən atışma nəticəsində azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda universitetin "twitter" səhifəsində bildirilib.
Məlumata görə, atəş açan şəxs tutulub.
Polis hadisənin başvermə səbəblərini araşdırır. Ölən şəxsin kim olduğu, unversitet tələbəsi olub-olmadığı haqda məlumat yoxdur.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ölkədə silah satışı və onun saxlanılması haqda qanunu sərtləşdirməyə çağırıb.