ABŞ-da ticarət mərkəzində atışma baş verib: 1 ölü, 6 yaralı - VİDEO

ABŞ-da ticarət mərkəzində atışma baş verib: 1 ölü, 6 yaralı - VİDEO Hadisə San-Antonio şəhərində baş verib
Digər ölkələr
23 Yanvar , 2017 03:16
ABŞ-da ticarət mərkəzində atışma baş verib: 1 ölü, 6 yaralı - VİDEO

Bakı. 23 yanvar. REPORT.AZ/ Naməlum şəxs ABŞ-ın Texas ştatındakı ticarət mərkəzində insanlara atəş açıb.

"Report"un məlumatına görə, bu barədə "ABC13" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə San-Antonio şəhərində, "Rolling Oaks Mall" ticarət mərkəzində baş verib. Telekanal bu barədə xəbərin yerli vaxtla saat 15:30-da daxil olduğunu bildirib.  

"Associated Press"in polisə istinadən verdiyi xəbərdə bildirilir ki, hadisə nəticəsində ən azı 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb. Yerli polis rəhbərinin sözlərinə görə, insident qarətlə əlaqədar baş verib. 

Son xəbərlər

Orphus sistemi