Yuxarı

ABŞ-da tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb

Vertolyot Fresno şəhərindən havaya qalxaraq Baykersfild şəhərindəki hospitala doğru uçuş həyata keçirib

Bakı. 11 dekabr. REPORT.AZ/ Kaliforniya ştatında tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb. "Report" "NBC news" telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı şerifin ofisinin nümayəndələri verib.

Məlumata görə, vertolyot Fresno şəhərindən havaya qalxaraq Baykersfild şəhərindəki hospitala doğru uçuş həyata keçirib. Vertolyotla 30 dəqiqə ərzində əlaqə qurmaq mümkün olmayandan sonra onun axtarışına başlanılıb.

Sonradan xilasedicilər vertolyotun qalıqlarını aşkarlayıb. Kern dairə şerifi Bill Smallvudun verdiyi informasiyaya görə, hadisə zamanı sağ qalan olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi