Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərindəki hava limanında "British Airways" Hava Yolları şirkətinə məxsus "Boeing-777" sərnişin təyyarəsində baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.
Təyyarədə 159 sərnişin olub. Yananlar arasında ekipaj üzvləri də var.
Londona uçan təyyarə uçuş öncəsi yanıb.
Hava limanının bir hissəsi bağlanıb. Reyslərin uçuşunda müəyyən gecikmələr yaranıb.