Yuxarı

ABŞ-da təyyarə qəzası baş verib

Tələfat və xəsarət alanlar barədə məlumat verilmir.

Bakı. 4 iyul. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında göyərtəsində 4 nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhərinin şimalında baş verib.

Birləşmiş Ştatların Mülki Aviasiya Federal idarəsindən bildiriblər, hadisə bazar günü, şəhərdən təxminən 120 kilometr məsafədə qeydə alınıb.

Tələfat və xəsarət alanlar barədə hər hansı məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi