ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var

ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var Bakı. 22 sentyabr. REPORT.AZ/ ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
22 Sentyabr , 2018 08:22
ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var

Bakı. 22 sentyabr. REPORT.AZ/ ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Missuri ştatında, Sent Luis şəhəri yaxınlığındakı aeroportda baş verib.

Hadisə nəticəsində iki nəfər – ata və oğlu həlak olub. Məlumata görə, qəzaya pilotun qaranlıqda enmə xəttini tapa bilməməsi səbəb olub. Polis şerifinin sözlərinə görə, təyyarə Nyu-Yorkdan qayıdırmış.

Pilot yerə xəbər verib ki, o, texniki nasazlıq üzündən işığı uçuş-enmə zolağına sala bilmir. 

Son xəbərlər

Orphus sistemi