ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə Donald Тrамpın namizədliyi təsdiqlənib

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə Donald Тrамpın namizədliyi təsdiqlənib Donald Tramp lazım olan səsləri toplayıb
Digər ölkələr
20 İyul , 2016 05:28
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə Donald Тrамpın namizədliyi təsdiqlənib

Bakı. 20 iyul. REPORT.AZ/ ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə milyarder Donald Тrамpın namizədliyi rəsmən təsdiqlənib. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, partiyanın Klivlenddə (Ohayo ştatı) keçirilən qurultayının nümayəndələri belə qərar qəbul ediblər.

Qurultayda səsvermə nümayəndələrin namizədliyi üzrə əlifba sırası ilə keçirilib. Qaydalara görə, partiyanın prezident postuna irəli sürülməsi üçün iş adamından sadə səs çoxluğu tələb olunub. 

Donald Tramp səsvermə başlayandan az sonra lazım olan səsləri toplayıb.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq.

Son xəbərlər

Orphus sistemi