Yuxarı

​ABŞ-da qripə yoluxan quşların sayı 32 milyona çatıb

Onların bir hissəsi artıq məhv edilib

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-da "quş qripi"nə yoluxan, əsasən toyuq və hind quşlarının ümumi sayı təqribən 32 milyona çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Birləşmiş Ştatların Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndələri məlumat veriblər.

Məlumata görə, quşların bir hissəsi artıq kəsilib, bir hissəsi isə məhv edilmək üzrədir. "H5N2" virusuna yoluxan quşlar Amerikanın Nebraska ştatındakı quşçuluq fabrikində qeydə alınıb. Ümumilikdə orada 1,7 milyon yumurtlayan toyuq var. Müəssisəyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb, yoluxan quşlar isə dərhal məhv ediləcək.

Hazırda virusa daha çox yoluxma halı Ayova ştatının payına düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi