ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı artıb, itkin düşənlər var

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı artıb, itkin düşənlər var Bakı. 5 mart. REPORT.AZ/ ABŞ-ın Alabama ştatının cənub-şərqində qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Digər ölkələr
5 Mart , 2019 23:52
ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı artıb, itkin düşənlər var

Bakı. 5 mart. REPORT.AZ/ ABŞ-ın Alabama ştatının cənub-şərqində qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, təbii hadisə nəticəsində daha bir neçə nəfər itkin düşüb. Alabama ştatının hakimiyyət orqanları 7-8 nəfərin taleyini müəyyən edə bilməyiblər. Li dairəsinin şerifi Cey Cons bu sayın azalacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, daha əvvəl onlarla insan itkin düşmüş hesab edilirdi. Ancaq axtarış əməliyyatlarının gedişatında onların bir qismi tapılıb. 

Daha əvvəl bildirilirdi ki, Alabama ştatında qasırğa nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi