ABŞ-da qasırğadan ölənlərin sayı 22-yə çatıb - VİDEO - YENİLƏNİB

ABŞ-da qasırğadan ölənlərin sayı 22-yə çatıb - VİDEO - YENİLƏNİB Bakı. 4 mart. REPORT.AZ/ Amerikanın Alabama ştatında qasırğa nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Digər ölkələr
4 Mart , 2019 08:11
ABŞ-da qasırğadan ölənlərin sayı 22-yə çatıb - VİDEO - YENİLƏNİB

Bakı. 4 mart. REPORT.AZ/ Amerikanın Alabama ştatında qasırğa nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Li dairəsinin şerifi Cey Consa istinadən "Associated Press" məlumat yayıb.


***05:09

Bakı. 4 mart. REPORT.AZ/ Amerikanın Alabama ştatının Li dairəsində qasırğa nəticəsində azı 10 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən WSFA telekanalı məlumat yayıb.

Li dairə şerifinin sözlərinə görə, hazırda hadisə barədə dəqiq məlumatlar yoxdur. Bununla belə, şahidlər Boreqar şəhərində 8 yaşlı uşağın öldüyünü bildirirlər.

Həmçinin deyilir ki, qasırğa nəticəsində 10 mindən çox insan elektrik enerjisiz qalıb.

Son xəbərlər

Orphus sistemi