Yuxarı

ABŞ-da qasırğa nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb

Onlarla evə ciddi ziyan dəyib

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-da güclü qasırğa və tornado nəticəsində ən azı 6 nəfər ölüb, təxminən 40 nəfər isə xəsarət alıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, təbii fəlakət Missisipi, Tennessi və Arkanzas ştatlarına ziyan vurub.

Onlarla evə ciddi ziyan dəyib, onların bəziləri tamamilə dağılıb.

İki nəfər itkin düşmüş sayılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi