ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.
Digər ölkələr
2 Oktyabr , 2022 03:48
ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb

ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Qeyd olunub ki, Florida ştatının 77 sakininin ölümü rəsmən təsdiqlənib. Axtarış-xilasetmə əməliyyatı davam edir. 

2022-10-01 21:02

ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə CNN televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Li rayonunda 16 nəfər, Şarlotta rayonunda 12 nəfər, Kollier rayonunda 8 nəfər ölüb. Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Florida qubernatoru Ron Desantis bildirib ki, qasırğa ştata tarixi ziyan vurub və onun tam bərpası üçün illər lazım olacaq. Ştatda 1,2 milyondan çox istehlakçı işıqsız qalıb.

Son xəbərlər

Orphus sistemi