ABŞ-da prezident seçkilərində səs vermək üçün ilk seçki məntəqələri açılıb

ABŞ-da prezident seçkilərində səs vermək üçün ilk seçki məntəqələri açılıb İlk seçki məntəqələri ABŞ-ın şərq sahilində yerli vaxtla saat 06:00-da açılıb
Digər ölkələr
135
8 Noyabr , 2016 15:00
ABŞ-da prezident seçkilərində səs vermək üçün ilk seçki məntəqələri açılıb

Arizona. 8 noyabr. REPORT.AZ/ ABŞ-da prezident seçkilərində səs vermək üçün ilk seçki məntəqələri açılıb.

"Report"un ABŞ-a ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ilk seçki məntəqələri ABŞ-ın şərq sahilində yerli vaxtla saat 06:00-da açılıb.

ABŞ-ın 45-ci prezidentinin kimliyini müəyyənləşdirəcək bu səsvermədə 120 milyondan çox amerikalının səsvermədə iştirak edəcəyi gözlənilir.

Əsas mübarizə ənənəvi olaraq Demokratlar Partiyasının namizədi Hillari Klintonla Respublikaçılar Partiyasının namizəd Donald Tramp arasında olacaq.

Seçki məntəqələri yerli vaxtla axşam saat 7-8-də (ştatdan asılı olaraq) bağlanacaq.

Səsvermənin ilkin nəticələri və "exit-poll"un göstəriciləri Kaliforniyada son seçki məntəqəsi bağlandıqdan sonra açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi