ABŞ-da miqrantlara hücum zamanı xəsarət alanlar arasında uşaqlar da var

ABŞ-da miqrantlara hücum zamanı xəsarət alanlar arasında uşaqlar da var Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın Aydaho ştatında miqrantların olduğu evə bıçaqla hücum zamanı xəsarət alanlardan 6-ı uşaqdır.
Digər ölkələr
2 İyul , 2018 02:57
ABŞ-da miqrantlara hücum zamanı xəsarət alanlar arasında uşaqlar da var

Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın Aydaho ştatında miqrantların olduğu evə bıçaqla hücum zamanı xəsarət alanlardan 6-ı uşaqdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Boyse şəhərinin polisi bildirib. 

Polisin sözlərinə görə, hadisəni törədən şəxs bir neçə maddə üzrə ittiham edilir. Qeyd olunur ki, hüquq-mühafizə orqanları hələlik hadisənin səbəbini müəyyənləşdirə bilməyiblər.

Şənbə gününə keçən gecə baş vermiş hadisə zamanı ümumilikdə 9 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. 

Cinayəti törətməkdə yerli sakin Timmi Kinner şübhəli bilinir. O, həbs edilib. Polisin məlumatına görə, həmin şəxs də bir zamanlar bu evdə yaşayıb. Cümə günü ondan evdən köçməyi xahiş ediblər. Bundan sonra T.Kinner bu cinayəti törədib. 

Son xəbərlər

Orphus sistemi