ABŞ-da "Mettyu" qurbanlarının sayı 27-yə çatıb

ABŞ-da "Mettyu" qurbanlarının sayı 27-yə çatıb İnformasiyaya görə, ölkənin bir milyon sakini elektrik enerjisiz qalıb
Digər ölkələr
11 Oktyabr , 2016 08:30
ABŞ-da Mettyu qurbanlarının sayı 27-yə çatıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ-da "Mettyu" qasırğası qurbanlarının sayı 27-yə çatıb.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Şimali Koralinada 11 nəfər, qalanları Corciya, Florida və Cənubi Koralina ştatlarında ölüb.

İnformasiyaya görə, ölkənin bir milyon sakini elektrik enerjisiz qalıb. Corciya ştatında 124 min istehlakçı elektrik enerjisiz və istiləşdirici qurğusuzdur. Cənubi Karolina ştatının qubernatoru Nikk Heyli əyalətin 13 dairəsində fövqəladə vəziyyətin elan olunması ilə bağlı ABŞ prezidenti Barak Obamaya müracət edib.

Son xəbərlər

Orphus sistemi