ABŞ-da məktəbdə atışma, şagird qətlə yetirilib
Digər ölkələr
- 06 sentyabr, 2024
- 22:43
ABŞ-ın Merilend ştatının Coppa şəhərində yerləşən məktəblərin birində baş verən atışma nəticəsində bir yeniyetmə ölüb.
“Report” xəbər verir ki, bu barədə “ABC” televiziyası Harford dairə polisinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, məktəb binasındakı tualetlərdən birində mübahisə baş verib, nəticədə bir şagird (16 yaşlı – Qeyd) digərini odlu silahla ağır yaralayıb.
Bundan sonra o, tələsik təhsil müəssisəsini tərk etsə də, bir neçə dəqiqə ərzində yaxınlıqda polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəstəxanaya yerləşdirilən 15 yaşlı yaralı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
05:47
Özəl şirkət Yaxın Şərqdə ABŞ-nin neft obyektlərini PUA-lardan qoruyacaq
Digər ölkələr05:18
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Digər ölkələr04:55
İmran Xan həbsxanadan xəstəxanaya köçürülüb
Digər ölkələr04:21
Ronaldinyo İtaliyanın "Ravenna" klubunun futbolçusu kimi təqdim olunub
Futbol03:56
Tramp: ABŞ-ın İrana hücum etməkdən başqa seçimi olmayıb
Digər ölkələr03:45
Braziliyada avtobus uçuşa hazırlaşan təyyarəyə çırpılıb
Digər ölkələr03:17
ABŞ-də təyyarə helikopterlə toqquşub
Digər ölkələr02:39
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Digər ölkələr02:08