ABŞ-da məktəb yaxınlığında atışmada bir şagird ölüb  

ABŞ-da məktəb yaxınlığında atışmada bir şagird ölüb   ABŞ-ın Minnesota ştatında naməlum şəxs məktəb yaxınlığında atəş açaraq bir şagirdi öldürüb, digər uşağı isə ağır yaralayıb.
Digər ölkələr
2 Fevral , 2022 01:47
ABŞ-da məktəb yaxınlığında atışmada bir şagird ölüb   

ABŞ-ın Minnesota ştatında naməlum şəxs məktəb yaxınlığında atəş açaraq bir şagirdi öldürüb, digər uşağı isə ağır yaralayıb.

“Report” xəbər verir ki, bu barədə Riçfild şəhərciyinin polis rəisi Cey Hentorn bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları fəal şəkildə araşdırma aparır və atışmadan dərhal sonra hadisə yerindən qaçan cinayətkarı axtarır.

"Hadisə yerinə gələn polis əməkdaşları məktəbin yanındakı səkidə güllə yarası almış iki şagirdi aşkarlayıblar. Təəssüf ki, şagirdlərdən biri aldığı yaralardan öldü, digərinin vəziyyəti ağır olaraq qalır", - Hentorn mediaya açıqlamasında bildirib.

“Bu, Riçfild şəhəri üçün faciəli gündür”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi