ABŞ-da "Mayk" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb - YENİLƏNİB-2

ABŞ-da "Mayk" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb - YENİLƏNİB-2 Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-da Mayk qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb.
Digər ölkələr
13 Oktyabr , 2018 04:28
ABŞ-da Mayk qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb - YENİLƏNİB-2
0 : 00
0 : 00

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-da "Mayk" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın xəbərində bildirilir ki, ölənlər Florida, Corciya, Virciniya və Şimali Karolina ştatlarının sakinləridir.

Xilasedicilər dağıntıların altında axtarış apardıqlarından ölənlərin sayının artacağı gözlənilir.

Daha əvvəl "Mayk" qasırğası nəticəsində 13 nəfərin öldüyü bildirilirdi.


***22:40

ABŞ-ın cənub-şərqində tüğyan edən "Maykl" tropik qasırğasından ölənlərin sayı 13 nəfərə çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, qasırğa və onun səbəb olduğu daşqınlar nəticəsində ölkənin 4 ştatında – Virciniyada 6, Floridada 4, Şimali Karolinada 3 nəfər həyatını itirib. Bildirilir ki, təbii hadisə Kaliforniyaya 4,5 milyard dollar zərər vurub. Qasırğa Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına da ciddi ziyan vurub.

"Maykl" 1992-ci ildən sonra ölkədə qeydə alınan ən güclü qasırğadır. Təbii hadisənin ilk tüğyan etdiyi Mərkəzi Amerika ölkələri - Hondurasda, Nikaraquada və Salvadorda 13 nəfər həyatını itirib. 


***17:23

ABŞ-da "Maykl" tropik qasırğası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

ABŞ-ın Virciniya ştatının Fövqəladə Hallar Departamentinin məlumatına görə, ştatın 5 sakini ölüb, 520 min nəfər elektrik enerjisiz qalır.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

"Maykl" qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına ciddi ziyan vurub.

Qasırğanın vurduğu potensial zərər milyardlarla dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi