ABŞ-da koronavirusa yoluxanların sayı 700 nəfəri ötdü - YENİLƏNİB

ABŞ-da koronavirusa yoluxanların sayı 700 nəfəri ötdü - YENİLƏNİB ABŞ-da koronavirusa yoluxanların sayı artıb.
Digər ölkələr
10 Mart , 2020 08:16
ABŞ-da koronavirusa yoluxanların sayı 700 nəfəri ötdü - YENİLƏNİB
0 : 00
0 : 00

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin hesablama məlumatlarında bildirilir.

Qeyd edilir ki, ölkədə virusa 709 yoluxma halı qeydə alınıb. Koronavirus xəstələrinin 22-si ölüb.

CNN telekanalı isə öz növbəsində ölkənin yerli hakimiyyət orqanlarının ümumi məlumatına əsasən virus daşıyıcılarının sayının 717 nəfər olduğunu, 26 nəfərin yeni pnevmaniyanın qurbanı olduğunu xəbər verib. 


***08:11

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin hesablama məlumatlarında bildirilir.

Qeyd edilir ki, ölkədə virusa yoluxanların sayı 600 nəfəri ötüb.

Məlumata görə, ABŞ-da koronavirusa 605 yoluxma halı təsdiq edilib, virusa yoluxanlardan 22-si ölüb. Birləşmiş Ştatlar virusa yoluxanların sayına görə, Çin Xalq Respublikası, İtaliya, Cənubi Koreya, İran, Fransa, Almaniya və İspaniyadan sonra dünyada 8-ci yerdədir.

ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəzinin (CDC) rəsmi statistikasına əsasən bazar ertəsi virusa 423 yoluxma hadisəsi və 19 ölüm qeydə alınıb. 

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çində yayılıb. 

Son xəbərlər

Orphus sistemi