Yuxarı
    Bağlamaq

    ABŞ-da kompüter şəbəkəsində nasazlıq hava limanında uzun növbələrin yaranmasına səbəb olub

    Xidmət kompüter sistemlərin işində baş verən nasazlıq faktını Twitter sosial şəbəkəsində təsdiqləyib

    Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ Gömrük-Sərhəd Xidmətinin kompüter sisteminin işindəki müvəqqəti nasazlıq bütün ölkədə hava limanlarında uzun növbələrin yaranmasına səbəb olub.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Xidmət kompüter sistemlərinin işində baş verən nasazlıq faktını "Twitter" sosial şəbəkəsində təsdiqləyib və hazırda problemin aradan qaldırılmaqda olduğunu bildirib. 

    Yeni il bayramından evinə qayıdan sərnişinlər bu problemin Çikaqo, Boston, Nyu-York və ABŞ-ın digər iri şəhərlərinin hava limanlarında müşahidə olunması haqqında məlumat verib. Dörd saat davam edən nasazlıq növbədə gözləyən insanlar üçün başağrısına çevrilib. Sərnişinlər sosial şəbəkələrdə uzun növbələrin fotoları və baş verənlər haqqında şərhlərlə paylaşıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi