ABŞ-da kompüter şəbəkəsində nasazlıq hava limanında uzun növbələrin yaranmasına səbəb olub

ABŞ-da kompüter şəbəkəsində nasazlıq hava limanında uzun növbələrin yaranmasına səbəb olub Xidmət kompüter sistemlərin işində baş verən nasazlıq faktını "Twitter" sosial şəbəkəsində təsdiqləyib
Digər ölkələr
3 Yanvar , 2017 10:50
ABŞ-da kompüter şəbəkəsində nasazlıq hava limanında uzun növbələrin yaranmasına səbəb olub

Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ Gömrük-Sərhəd Xidmətinin kompüter sisteminin işindəki müvəqqəti nasazlıq bütün ölkədə hava limanlarında uzun növbələrin yaranmasına səbəb olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Xidmət kompüter sistemlərinin işində baş verən nasazlıq faktını "Twitter" sosial şəbəkəsində təsdiqləyib və hazırda problemin aradan qaldırılmaqda olduğunu bildirib. 

Yeni il bayramından evinə qayıdan sərnişinlər bu problemin Çikaqo, Boston, Nyu-York və ABŞ-ın digər iri şəhərlərinin hava limanlarında müşahidə olunması haqqında məlumat verib. Dörd saat davam edən nasazlıq növbədə gözləyən insanlar üçün başağrısına çevrilib. Sərnişinlər sosial şəbəkələrdə uzun növbələrin fotoları və baş verənlər haqqında şərhlərlə paylaşıb. 

Son xəbərlər

Orphus sistemi