ABŞ-da katerin aşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - VİDEO

ABŞ-da katerin aşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - VİDEO Bakı. 20 iyul. REPORT.AZ/ ABŞ-ın Missuri ştatındakı Teybl Rok gölündə gəzinti katerin aşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Digər ölkələr
20 İyul , 2018 23:51
ABŞ-da katerin aşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - VİDEO

Bakı. 20 iyul. REPORT.AZ/ ABŞ-ın Missuri ştatındakı Teybl Rok gölündə gəzinti katerin aşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu qeyd edilirdi. Dairənin şerifi Staoun bildirib ki, ölənlərin sayı daha 4 nəfərin cəsədinin tapılmasından sonra artıb. Onlar itkin düşmüş sayılırdı.

Hadisə zamanı katerdə olan daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır vəziyyətdədir.

Qəzaya uğrayan katerin içində 31 nəfər olub. Hadisəyə güclü küləyin səbəb olduğu fırtına ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi