ABŞ-da irqlərarası gərginliklər

ABŞ-da irqlərarası gərginliklər Maykl Braun adlı gəncin polis tərəfindən güllələnməsi kütləvi etiraz aksiyalarına təkan verib
Digər ölkələr
18 Noyabr , 2014 22:39
ABŞ-da irqlərarası gərginliklər
Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-ın mərkəzindəki Missuri ştatının Ferquson şəhərinin sakinləri özlərini “azad seçim əsasında formlaşmış icma” adlandırırlar.

Buranın ağ əhalisinin bir çox nümayəndəsı Ferqusonda yaşamağı məhz buradakı irqi müxtəlifliyə görə seçdiklərini bildirirlər. Ona görə də, burada avqust ayında küçə qarşıdurması zamanı ağdərili polis zabitinin silahsız afro-amerikalı yeniyetməni qətlə yetirməsi və bu qətlə etiraz olaraq baş verən zorakılıqlar onları sarsıtmışdır.

İndi bir çoxları bu vəziyyətdən çıxış yolu axtarırlar. Bəzi yerli kilsələr danışıqlarda aparıcı rol oynamaqdadırlar .

"Report"-un "Amerikanın Səsi"-nə istinadən verdiyi məlumata görə, Ferqusonda çox insan deyir ki, onlar silahsız yeniyetmənin ölümünün əbəs olmadığına və müəyyən dəyişikliklər nəticəsində icma üzvləri və polis məmurları arasında fərqli münasibətlərin yaranacağına ümid edirlər.

Ferquson icmasındakı fərdi şəxslər və kiçik qruplar irqi və sosial-iqtisadi bərabərsizlik probleminin aradan qaldırılmasında iştirak etmək istəyirlər.

Son xəbərlər

Orphus sistemi