Yuxarı

ABŞ-da İŞİD-ə qarşı mübarizə üzrə NATO müdafiə nazirlərinin görüşü olacaq

Y.Stoltenberq hərbi bazada Hava gücünün nümayişində iştirak edəcək

Bakı. 19 iyul. REPORT.AZ/ NATO baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

"Report" NATO mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas ABŞ müdafiə naziri Eşton Karter tərəfindən təşkil olunub və iyulun 20-də Merilend ştatındakı Endryus hərbi bazasında keçiriləcək.

Bundan əlavə, Y.Stoltenberq hərbi bazada "Hava gücünün nümayişi"ndə iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi